Haqqımızda
Ana səhifə E-mail Seçilmişlərə əlavə et English language
 

“AzərTunelSuTikinti” şirkəti 1997-ci ildə “AzərTunelSuTikinti” İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin özəlləşdirilməsi nəticəsində yaranmışdır. Şirkət əsasən hidro texniki qurğuların, sənaye və mülki binaların tikintisi, avtomobil yolları və körpülərin tikintisi, qazma-partlayış işləri, beton, dəmir-beton, metal, plasmass, alüminium və ağac konstruksiyalarının istehsalı və digər tikinti quraşdırma və təmir işlərinin yerinə yetirilməsi ilə məşğul olur. Həmin işlərin yerinə yetirilməsi üçün şirkətin 2 ədəd beton zavodu, avtomobil və tikinti mexanizmləri bazası, armatur sexi, ağac emalı sexi, alüminium qapı və pəncərə istehsalı sexi, yardımçı təsərrüfatı və digər sahələri vardır. Şirkətin istehsalat bazası və sexləri istehsalat üçün lazım olan bütün maşın, mexanizm, dəzgah, metal qəliblər və digər avadanlıqlarla təhciz olunmuşdur. Hazırlanan məhsulların keyfiyyətini yoxlamaq üçün istehsalat bazasında laboratoriya fəaliyyət göstərir.
 

ŞIRKƏTIN STRUKTUR SXEMI :
 
 

    • QARAJ

      Qarajda Şirkətin balansında olan nəqliyyat vasitələrinin, maşın və mexanizmlərinin saxlanılır. Həmin nəqliyyat vasitələrinə və maşın-mexanizmlərə texniki xidmətin göstərilməsi, onların təmiri və ehtiyyat hissələri ilə təmin olunması məhz burada həyata keçirilir.Qarajın digər rolu bütün texniki maddi vasitələrin daima saz vəziyyətdə olmasına nəzarət etmək və hazırlanan məhsulların lazım olan obyektlərə çatdırılmasında onları nəqliyyatla təmin etməkdən ibarətdir..

      "AzərTunelSuTikinti Şirkəti aşağıda göstərilən maşın və mexanizmlərə malikdir:

      MOBİL TELESKOPİK KRAN

      DARTICI

      TIRTIRLI KRAN

      QOŞQULAR

      VAKUUM QALDIRICI AQREQAT

      ÖZÜBOŞALDAN YÜK QOŞQUSU

      PAYA VURAN

      ÖZÜBÖŞALDAN YÜK MAŞINI

      VİBRATORLU PAYA VURAN

      YANACAQ DAŞIYICI

      QAZMA AQREQATI

      QAZMA MAŞINI

      DİZEL PAYAVURAN ÇƏKİC

      KOMPRESSOR

      HİDRAVLİK ÇƏKİC

      MOBİL BETON NASOSU

      SƏRBƏST ZƏRBƏLİ HİDRAVLİK ÇƏKİC

      STASİONAR BETON NASOSU

      TƏKƏRLİ EKSKAVATOR

      BETON QARIŞDIRAN

      TIRTIRLI EKSKAVATOR

      PANTON

      BULDOZER

      BETON SINAQ ÇƏKİCİ

      TƏKƏRLİ YÜKLƏYİCİ

      ÖLÇÜ CİHAZI

      TƏKƏRLİ EKO-YÜKLƏYİCİ

      PAYA VURMA ANALİZATORU

      FORKLİFT

      CAPWAP PROGRAM TƏMİNATI

      QREYDER

      ZODIAC QAYIĞI

      VİBRATORLU YOL BASICI

      SIXLAŞDIRICI SINAQ CİHAZI

      BETON DAĞIDAN QURĞU

       

      Qeyd: Şirkətimiz malik olduğu texnikaların icarəsi ilədə məşğuldur.

    • BETON QOVŞAĞI

      Zavod Xətai rayonu ərazisində sahilə yaxın yerdə yerləşir. Dəmiryolu xəttinə yaxınlığı Zavodun vaqonlar vasitəsi ilə çınqıl və qumla fasiləsiz təmin olunmasında böyük rol oynayır. Burada beton və sementli suvaq məhlulları hazırlanır və lazım olan tikinti obyektlərinə daşınır. Zavodun şəhər ərazisində yerləşməsi şəhər içində olan tikinti obyektlərində onun əhəmiyyətini artırır. Bu tip obyektlərin beton və suvaq məhlullları ilə təchizatı bu zavodun öhdəçiliyindədir. Beton məhlulunun hazırlanmasında aşağıdakı materiallardan istifadə olunur:

      Sulfatadavamlı portland sement M-400 Qaradağ Sement Zavodu;
      Qum Mingəçevir və Bəhrəmtəpə qum koryerləri;
      Qırmadaş Quba, Xaçmaz, Şəki qırmadaş koryerləri;

    • LABORATORIYA

      Şirkətin istehsalat bazasında beton və dəmir-beton məhsullarının hazırlanması aşağıdakı texnologiyaya uyğun yerinə yetirilir. Beton qovşağında beton hazırlanan zaman materiallar xüsusi tərəzilərdə çəkiyə görə dozalaşdırılır və hər bir marka beton üçün verilmiş normalara ciddi əməl olunur. Betonun sinifini və keyfiyyətini yoxlamaq üçün hər partiyada xüsusi olaraq 100x100x100 ölçüsündə kubiklər hazırlanır. Həmin kubiklər sifarışçinin tələbinə uyğun olaraq 7 və 28 gündən sonra lobaratoriyalarda xüsusi presslərdə sıxılaraq möhkəmliyi müəyyən edilir.

    • PLASMASS VƏ ALÜMİNİUM MƏMULATLARI SEXİ

      Şirkətin mövcud tikinti sahələrinə lazım olan qapı, pəncərə, qapı və pəncərə haşiyələri və digər mühəndis texniki konstruksiyaların plasmass və alüminium məmulatlarından hazırlanması və təminatı ilə məşğul olan bölməsidir. Burada çalışan peşəkar ustların əməyi sayəsində plasmass və alüminium məmulatlarından istənilən ölçüdə, formada, rəngdə və dizaynda qapı, pəncərə və digər konstruksiyalar sifarişlə hazırlanmaqdadır. Şirkət hazırladığı bütün məmulatların keyfiyyətinə və aparılaraq yerində quraşdırılmasına zəmanət verir. Sexlər Şirkət rəhbərliyi tərəfindən Lazım olan Avropa və Uzaq Şərq ölkələrinin istehsalı olan dəzgahlarla və digər avadanlıqlarla təchiz olunmuşdur

    • AĞAC EMALI SEXİ

      Şirkətin mövcud tikinti sahələrinə lazım olan qapı, pəncərə, qapı və pəncərə haşiyələri və digər mühəndis texniki məmulatların ağac konstruksiyalarından hazırlanması və təminatı ilə məşğul olan bölməsidir. Burada çalışan peşəkar ustların əməyi sayəsində ağac məmulatlarından istənilən ölçüdə, formada, rəngdə və dizaynda qapı, pəncərə və digər konstruksiyalar sifarişlə hazırlanmaqdadır. Şirkət hazırladığı bütün məmulatların keyfiyyətinə və aparılaraq yerində quraşdırılmasına zəmanət verir. Sexlər Şirkət rəhbərliyi tərəfindən Lazım olan Avropa və Uzaq Şərq ölkələrinin istehsalı olan dəzgahlarla və digər avadanlıqlarla təchiz olunmuşdur.

    • YARDIMÇI TƏSƏRRÜFAT

      Şirkətin işçilərinin kənd təsərrüfatı məhsullarına olan təlabatını qisməndə olsa ödəmək üçün şirkətin nəzdində yardımçı təsərrüfat yaradılmışdır. Bunun üçün İstehsalat Bazasının yaxınlığındakı sahədə iri buynuzlu mal-qara saxlamaq üçün ümumi sahəsi 960 m2 olan 2 ədəd tövlə, qoyun saxlamaq üçün isə sahəsi 90 m2 olan bir ədəd tövlə tikilmişdir. Bundan əlavə ümumi həcmi 1500 m3 olan üstü bağlı ot anbarı və yem saxi istifadəyə verilmişdir. Hal-hazırda yardımçı təsərrüfatda 40 baş qaramal və 10 baş qoyun saxlanılır. Gələcəkdə heyvanların sayının artırılması və təsərrüfatın genişləndirilməsi nəzərdə tutulub.

  • ZAQATALA İSTEHSALAT SAHƏSİ

    Şirkətimizin bu bölümü Respublikamızın şimal bölgəsində, Zaqatala rayonunda yerləşir. 1992-ci ildən etibarən şirkət özəlləşdirildikdən sonra artıq ayrıca bir bölmə kimi fəaliyyət göstərir. Balansında olan 4 ədəd MAZ markalı və 1 ədəd KAMAZ markalı avtomaşının bazasında yerləşən qazma aqreqatları, 1 ədəd kompressor qurğularının köməyi ilə aşağıdakı işləri görmək iqtidarındadır:

  • Artezian və subartezian quyularının qazılması (dərinliyi 300 m), təmizlənməsi.
  • Körpü dayaqlarının qazılması və metal boru ilə bərkidilməsi.
  • Qrunt divarlarının çəkilməsi.

  • NABRAN “BULAQ” İSTİRAHƏT ZONASI

    ““Bulaq” İstirahət Güşəsi istirahət kompleksi kimi 1992-ci ildən fəaliyyət göstərir. Buraya ümumi tutumu 100 nəfərlik olan istirahət otaqları, yeməkxana binası və 60 m2-lik talvar daxildir. Nabran qəsəbəsinin ilin bütün fəsillərində gözəl təbiətə malik olması İstirahət Güşəsinin cəlbediciliyini qoruyub saxlayır. Bura ailəvi istirahət etmək istəyənlər üçün çox əlverişlidir.

 
Copyright © AzertunelSuTikinti 2006