|
“AzərTunelSuTikinti” şirkəti Azərbaycanda fəaliyyət göstərən ən böyük və təcrübəli yerli tikinti-quraşdırma şirkətlərindən biridir. Onun tərkibində 12 istehsalat bölmələri fəaliyyət göstərir. Şirkətin maddi-texniki bazası Yaponiya, C.Koreya, ABŞ, Almaniya, Fransa, İtalya, Avstriya, Hollandiya, Böyük Britaniya, Türkiyə, Rusiya və Belorusiya kimi ölkələrin aparıcı şirkətlərinin müasir maşın-mexanizmləri və avadanlıqları ilə təchiz olunub. Umumiyyətlə isə şirkətin bu sahədə yürütdüyü məqsədyönlü siyasət tikinti və quraşdırma texnologiyaları sahəsində ixtisaslaşmış Avropa və Uzaq Şərq ölkələrinin aparıcı şirkətlərinin istehsal etdiyi maşın-mexanizm və avadanlıqların alınmasına yönəldilib.
Şirkətin Fəaliyyət İstiqaməti:
- Şirkətə məxsus maşın/mexanizmlərin icarəyə verilməsi (Kranlar - yük qaldırma qabiliyyəti 30~255 ton) və texniki təmir işləri;
- Xüsusi yeraltı hidrotexniki qurğuların; bəndlərin tikintisi; çaylarda, göllərdə və dənizlərdə sahilbərkitmə işləri; su xətlərinin, arteziyan quyularının qazılması və istismara verilməsi; körpülərin, pirslərin, torpaqa divar və sualtı betonlanma işlıri; kanalizasiya xətlərinin tikintisi;
- Sənaye və mülki binaların, təhsil və biznes komplekslərinin, mədəniyyət və ictimai obyektlərin inşaası, Nabranda istrahətin təşkili;
- Tikinti obyektlərinin layihələndirilməsi;
- Mühəndis işlərinin (istilik sistemləri, havalandırma sistemləri, su və kanalizasiya sistemləri, qaz təminatı, istilik təminatı, elektrik-quraştırma və işıqlandırma işləri, elektrik isidici, liftin quraşdırılması) layihələndirilməsi;
- Binanın dayaq sütunlarının hazırlanması, digər sütunların (daşdan, bloklardan və kərpiclərdən) hazırlanması, sütunlar arasında ağac və şüşə konfiqurasiyanın quraşdırılması; dəmir-beton və polad dayaqların vurulması; gazma-doldurma dayaqlar;
- Cihazların və konfiqurasiyaların qorunması (hidro izolyasiya, örtüklə örtülməsi, istilik izolyasiyası);
- Daxili və xarici mühəndislik sistemlərinin quraşdırılması (istilik sistemi, qaz, su və elektrik, kanalizasiya);
- Fasad işləri: bərpa və təmir işləri;
- Mənzillərin tam bərpası və təmiri (sifarişçinin istəyinə uyğun olaraq);
- Layihənin xüsusi hissəsinin (STƏM qaydaları, sahənin mühafizəsi, tikintinin təşkili, bütün smeta sənədlərinin hazırlanması) icra edilməsi;
- Bütün tip torpaq və yaşıllaşdırma işləri;
- Magistral yolların tikintisi və asfaltlanması;
- Dəmir yol körpüsünün, maşınyolu körpülərinin, gediş körpülərinin və tunellərin tikintisi;
- Qazma-partlayış; quru və məhlullu qazma ışləri;
- Beton, fundament, dəmir beton və konfiqurasiyaların istehsalı;
- Alüminium və plastik və ağac qapıların, pəncərələrin, pəncərə barmaqlığının, təhlükəsizlik qapılarının istehsalı və quraşdırılması (sifarişçinin təklifinə əsasən);
- Beton və şpunt payalarının vurulması, statik və dinamik sınaqların keçirilməsi (PDA və CAPWAP)
- Layihə mühəndislik işlərinin icrası (tikinti-quraşdırma işləri üzrə keyfiyyətə nəzarət işlərinin təşkili və tikinti işlərinə rəhbərlik etmək);
- Geotexniki tədqiqat işləri; Su səviyyəsinin aşağı salınması;
- Tikinti konstruksiyalarının istehsalı və montajı;
- İstehsal olunan məhsulların daşınması;
Həmin işlərin yerinə yetirilməsi üçün şirkətin 2 ədəd beton zavodu, avtomobil və tikinti mexanizmləri bazası, armatur sexi, ağac emalı sexi, alüminium qapı və pəncərə istehsalı sexi, yardımçı təsərrüfatı və digər sahələri vardır. Şirkətin istehsalat bazası və sexləri istehsalat üçün lazım olan bütün maşın, mexanizm, dəzgah, metal qəliblər və digər avadanlıqlarla təhciz olunmuşdur. Hazırlanan məhsulların keyfiyyətini yoxlamaq üçün istehsalat bazasında laboratoriya fəaliyyət göstərir.
|