İş təcrübəmiz
Ana səhifə E-mail Seçilmişlərə əlavə et English language
 

“Azərtunelsutikinti” Şirkəti respublikamızın tikinti xidmətləri bazarında özünəməxsus yerə malikdir. Beləki, Şirkətimiz uzun illərdir bir çox yerli və xarici firmalar üçün sifariş əsasında yerinə yetirdiyi işlər sayəsində nəinki Azərbaycan Respublikasında daxilində və onun hüdudlarından kənardada tanınmaqdadır:

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üçün “ŞLT İB”də limanların rekonstruksiyası, Zabrat qəsəbəsindəki aeroport üçün anqar sahəsinin tikintisi, Saralin saxlanılması üçün nəzərdə tutulmuş xüsüsu rezervuar üçün bünövrənin salınması, “AMOKO” bazasında xüsusi yanğınsöndürmə məntəqəsinin və yolların tikintisi;

TEMEL BOROVA” Türkiyə Müəssisəsi ilə birlikdə hal-hazırda müasir Bakının ən gözəl işgüzar tikililərindən biri olan “İSR Plaza” kompleksini tikintisi;

 
Şəhərin mərkəzində yaşayış binasının, “ATRA” Bank və yaşayış binasının, Əhmədli qəsəbəsində çox-mərtəbəli yaşayış binalarının tikintisi və tam istifadəyə verilməsi;
   

Elmlər Akademiyası” Metro stansiyası yaxınlığında, İnşaatçılar prospektində çoxmərtəbəli modern yaşayış binasının tikintisi;

Mc Dermott”, “BP Eploration”, “Şelflayihətikinti” İB Şirkətləri üçün Qaradağ qəsəbəsində “ŞLT İB”-nin ərazisində 5, 6, 7, 8, 10 Saylı yanalma körpülərinin qaldırılaraq rekonstruksiya edilməsi;
 
Bakı şəhərinin ən qabaqcıl orta təhsil ocaqlarından biri olan, Müasir Məktəb Kompleksinin təmir edilərək və əlavə korpusların tikilərək rekonstruksiya edilməsi;

"Atilla-Bakı" Şirkəti ilə Sumqayıt şəhəri yaxınlığında Civə tullantıları üçün anbar sahəsinin və nəqliyyat yollarının tikintisi;

   
Şəki şəhərində Olimpiya İdman Kompleksinin və 16 ədəd qonaq üçün evlərin inşa edilməsi və tam istifadəyə verilməsi;
 
Respublikamızın səfalı yerlərindən sayılan Xaçmaz rayonu Nabran qəsəbəsində Avropa standartlarına uygun olaraq bütün rahatlıq vasitələri ilə təmin edilmiş “Bulaq” İstirahət Zonasının tikintisi;
“StarGulf” FZCO / “BOS ŞELF” Şirkətinin sifarişi ilə prespektivli neft yataqlarının işlənməsi və Bakı-Ceyhan neft kəmərinin çəkilməsi layihəsi ilə Stapel yollarının tikintisi: Bu layihə çərçivəsində bizim Şirkət həmin obyektdə dərin özül payalarının vurulması, mürəkkəb armatur karkasının yığılması, onun betonlanması, müxtəlif ölçülərdə və formalarda beton blokların hazır-lanaraq obyektə daşınması, Stapel yolunun çəkil-məsi işlərini tez bir zaman kəsiyi ərzində keyfiyyətlə yerinə yetirmişdir;
   
Baku Hotel” Şirkətinin sifarişi ilə köhnə avtovağzal binasının uçurularaq yerində indi Bakı şəhərinin xarici dövlətlərdən gələn qonaqlarını yüksək səviyyədə xidmətləri ilə təmin edən “Hyyat Regency” mehmanxanasının bünövrəsinin salınması;
 
2006–cı ildə Şirkət aşağıdakı Layihər üzrə fəaliyyətini davam etdirir:

BOSHELF Şirkıtin üçün H. Əliyev adına BDÖZ ərazində yanalma körpüsünün genişləndirilməsi;

SİEMENS – AzərEnerji ASC üçün Sumqayıt İEM ərazisində geoligiya işlərinin aparılması və daha sonra 300-400 MV-lıq qaz-buxar stansiyasının tikintisi, payavurma işləri;
 
SİEMENS – AzərEnerji ASC üçün Sumqayıt İEM ərazisində geoligiya işlərinin aparılması və daha sonra 300-400 MV-lıq qaz-buxar stansiyasının tikintisndə vurulan paya ların başlıqlarının kəsilməsi işləri;
H.Əliyev adına BDÖZ üçün Qaradağ rayonu, Sahil qəsəbəsində 9 mərtəbəli, 7 girişli yaşayış binasının tikintisi;
 
Azenco MMC üçün Ø720 mm-lik Bakı-Sumqayıt magistral qaz kəmərinin çəkilişi və qaz–buxar qurğusu üçün nasos stansiyasının tikintisi;
Azenco LTD – construction of Ø720 mm Baku-Sumgayit highway qas pipeline;
 
Todini Costruzione Generali üçün Hacıqabul – Kürdəmir yolunun bərpası layihəsi çərçivəsində Ø1250mm d/b boruların, 2 x 2.5m və 4 x 2.5m ölçülü d/b qutuların istehsalı;
Keppel Kazaxstan LLP üçün Aktau dəniz limanın layihələndirilməsi və müəllif nəzarətinin həyata keçirilməsi;
 
Altes Group Şirkəti üçün Yasamal rayonu, Məcidov küçəsində tikiləcək yaşayış binası üçün fundamentin tikintisi;
 
 
Saypem” İtaliya müssisəsi üçün Səngəçalda katerlər və gəmilər üçün yanalma körpülərinin tikintisi;
East-West-Helicopters” Şirkəti üçün Zabrat qəsəbəsinin yaxınlığındakı aeroport ərazisində tikinti işlərinin həyata keçirilməsi;
Azersun-Holding” Şirkəti üçün ticarət mərkəzinin tikintisi;
Baku Steel” Şirkətinin polad-əritmə sexində özüllərin qoyulması və elektrik enerjisi təchzatı sisteminin rekonstruksiya edilməsi, Bakı-Sumqayıt yüksək gərginlikli elekrtik enerji xətlərinin quraşdırılması;
Netyap” Sənaye-Ticarət Şirkəti üçün müasir Bakı şəhərinin ən böyük əyləncə və istirahət mərkəzi olan Bakı Əyləncə Mərkəzinin binalarının bünövrələrinin salınması;
Petrofac İnt. Ltd.” Şirkəti ilə birlikdə “Bakı-Supsa” neft kəmərinin çəkilişi və Şəmkir-Ucar rayonlarında nasos stansiyalarının tikilişi;
Azpetrol” Şirkəti üçün ümumi həcmi beş və on min ton olan rezervuarlar üçün bünovrələrin salınması;
Şirkət artezian quyularının qazılmasında da böyük təcrübəyə malikdir. Belə ki, bizim Şirkət tərəfindən “Azpetrol” YDM Şirkəti, Qatar Respublikasının Xeyriyyə Cəmiyyəti,Autobahn” Alman Şirkəti, “Elite” Ticarət və Əyləncə Mərkəzi, “Bakı-Metropoliten” Şirkəti və s. şirkətlər üçün Respublikamızın Zaqatala, Şəki, Balakən, Qax, Qusar, Cəlilabad, İmişli, Bəhramtəpə, Bilgəh və s. regionlarında 22 ədəd artezian quyuları qazılmış və bütün lazımi avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir;
Bakıxanov qəsəbəsində, Neftçala rayonunda, M.Əzizbəyov adına kanalın üzərində, keçmiş M.Qorkiy adına kollektor üzərində nasos stansiyalarının; Xırdalan qəsəbəsindəki biofabrikdə, “Alazan” çayı üzərində payalar ilə bərkidilmə və tikinti işlərini, Naxçıvan MR-da Arpaçay magistral kanalında bir çox sayda tunellərin tikintisini keyfiyyətlə və optimal vaxt ərzində yerinə yetirmişdir;
Şirkət təkcə Respublika daxilində deyil, xaricində də bir çox müəssisələr ilə işləmişdir. Belə ki, Şirkət şimal qonşularımızdan olan Gürcüstan respublikasında Alazan çayı sahilində sahilbərkitmə – çay sahilində dəmir-beton çəpərin tikilməsi–işlərini tez, uzuc və keyfiyyətlə yerinə yetirmişdir. Rusiya Federasiyasının Volqoqrad əyalətində torpaqda monilit divar və Dağıstan respublikasında dəniz sahili boyunca sahilbərkitmə işləri həyata keçirmişdir;
SAİPEM, Eni Group, CSM Caspian Holdings Şirkətlərinin sifarişləri əsasında Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ərasində müxtəlif mülki tikinti işləri;
BossShelf/Star Gulf üçün Azəri - Çıraq layihəsi çərçivəsində Faza-2 mərhələsi üzrə mülki tikinti işləri;
BP Exploration (Caspian Sea) Limited ilə bağlanmış 5 illik müqavilə əsasında müxtəlif təyinatlı mobil avadanlıqların icarəsi, texniki xidməti;
 
 
 
Copyright © AzertunelSuTikinti 2006