Keyfiyyətə nəzarət
Ana səhifə E-mail Seçilmişlərə əlavə et English language
 

“AzərTunelSuTikinti” şirkətinin fəaliyyətə başladığı gündən onun əsas iş prinsiplərindən biri də, görülən işlərin keyfiyyətlə və dünya standartlarına uyğun olmasıdır. Şirkətin əsas fəaliyyət növlərindən olan beton və beton məmulatlarının keyfiyyətlə, yüksək səviyyədə istehsalını təmin etmək üçün, şirkətin istehsalat bazasında xüsusi laboratoriya yaradılmışdır. Laboratoriya, xaricdən alınmış müasir standartların tələbinə cavab verən qurğu və cihazlarla təchiz olunmuşdur. Burada beton qarışığının hər cür sınağını təşkil etmək üçün lazımi şərait yaradılmışdır. Belə ki, beton məmulatlarının qəliblənməsi, sınaq üçün nümunələrin hazırlanması, onların saxlanması və sınanılması üçün hər cür şərait vardır. Aşağıda sınaqların aparılması üçün istifadə olunan texniki vasitələr barəsində məlumat ala bilərsiniz.

 
“BETA” 5-1200 D 11 markalı beton sınaq presi
Beton kub nümunələrinin sınaqlarını aparmaq üçün Almaniya istehsalı olan “BETA” 5-1200 D 11 markalı beton sınaq presindən istifadə olunur. Bu sınaqları aparmaq üçün sifarişçinin tələbilə 100x100x100, 150x150x150 ölçüdə beton kub nümunələri hazırlanır, normal hava şəraitində (20±3ºC) saxlanılır və 7, 14, 28 gündə sınaq keçirilir;
 
“PROCEQ” tipli mexaniki sınaq çəkici
Böyük qurğularda tez bir zamanda beton fundamentin hər hansı bir yerində betonun möhkəmliyini təyin etmək üçün, İsveçrə istehsalı olan “PROCEQ” tipli mexaniki sınaq çəkicindən istifadə olunur. Bunun üçün betonun səthi hamarlanır, cilalanır və 5-10 zərbə endirildikdən sonra betonun orta möhkəmliyi təyin olunur;
 
PDA və CAPWAP

Şirkətin əsas fəaliyyət sahələrindən biri də dəmir-beton svayların istehsalıdır. İstehsal olunmuş svayların möhkəmliyi aşağıda deyilən qaydada yoxlanılır. Svayların yerə vurulması zamanı bütövlüyünü, svayın yükgötürmə qabiliyyətini təyin etmək üçün, Amerika istehsalı olan PDA Alalizatorundan istifadə olunur. Bu Analizatordan istifadə etmək üçün, svayların iki əks tərəflərində, 2 məsafədə 3 ədəd Ø8 mm deşik açılır. Açılmış deşiklərə metal içliklər qoyulur və sensorlar bağlanılır. Bundan sonra PDA Analizatorunda svayın nömrəsi, vurulduğu yer, svay vuran çəkicin texniki parametrləri və s. qeyd olunur. Çəkic svaya zərbə endirdikcə, monitorda svayda baş verən dəyişikliklər izlənilir.
   Bütün bunlardan əlavə dinamik paya sınaqlarında Paya Vuran Analizatoru PDA və CAPWAP Analiz proqramından istifadə olunur.
    PDA analizatoru vasitəsilə payanın vurulması zamanı qruntun müqaviməti, çəkicin effektliyi, vurma zamanı dinamiki gərginlik və payanın bütövlüyü müşahidə olunur.
   Hər bir dinamik sınaq məlumatının kompleks əlavə analizi payavurmanı simulyasiya edən CAPWAP kompyuter proqramından istifadə edilərək yerinə yetirilir. Bu proqram vasitəsilə, payanı əhatə edən qruntun xüsusi müqavimətini, payanın yükgötürmə qabiliyyəti dəqiqliklə təyin olunur;


 
QD-300 marked hydraulic jack and beam system
STATİK VƏ DİNAMİKİ SINAQLAR
Svayların dinamik və statik basqısını, üfüqi yükə davamlılığını sınaqlarından keçirmək üçün QD-300 markalı hidravlik domkrat və tir sistemindən istifadə olunur. Sınaq proqramında maksimum statik basqı yükü 3600 kN, üfüqi yük isə 500 kN nəzərdə tutulmuşdur. Sınaqda istifadə olunan qurğular isə maksimum yükün 120 %-nə hesablanmışdır;



 
Copyright © AzertunelSuTikinti 2006